Accessibility links

Pakistanda qadınlara qarşı zorakılıq və ayrı-seçkilik halları artıb


Qadınların iqtisadi sektorda iştirakına görə Pakistan dünyanın 135 ölkəsi arasında 134-cü yeri tutur

Pakistanda qadın hüquqları qrupunun bildirdiyinə görə, ölkədə qadınlara qarşı zorakılıq hallarının sayı bu il ərzində yeddi faiz artıb.

Pakistanda qadınlara qarşı zorakılıq hallarını monitorinq edən Aurat Fondu bidirir ki, hər il ölkədə minlərlə qadın qaçırılır, öldürülür, ya da zorlanır. Təşkilatın son hesabatına əsasən, Pakistan infrastrukturunda problemlərin mövcudluğu və ədliyyə sisteminin qeyri-effektivliliyi uzun illərin mədəni təcrübəsi ilə birlikdə qadınlara qarşı zorakılıq problemini həllini çətinləşdirir.

Son illər Pakistan hökuməti qadın hüquqlarının müdafiəsi məqsədilə qaydalar tətbiq edib. Lakin Aurat Fondunun direktoru Naim Mirzə məişət zəminində zorakılığın cinayət hesab edilməsinə dair qanunların olmadığını , eləcə də qadınlara qarşı digər zorakılıq formalarının qarşısının alınması üçün kifayət qədər səy göstərilmədiyini deyir. “Bəzi vətəndaş cəmiyyəti təşkilatları və partlament üzvlərinin səylərinə baxmayaraq, bu halları dayandırmaq üçün rəsmilər tərəfindən, ya da hökumət tərəfindən ciddi addımlar atılmır”-deyə o bildirir.

Gender Araşdırmaları məsələləri üzrə mütəxəssis, insan hüquqları müdafiəçisi və professor Farzana Bari deyir ki, zorakılıq Pakistanda gender bərabərsiziliyinin yalnız bir fotmasıdır. Onun sözlərinə görə, qadınlara qarşı qeyri-bərabərlik təhsildən tutmuş biznes sahəsinə qədər bütün sektorlarda mövcuddur.

Məsələn, Pakistanda qadınlara yardım məqsədilə mikro-kredit proqramları öz hədəfinə çatmır. Dünya Bankının bu yaxınlarda açıqladığı hesabata əsasən, Pakistanda qadınlar üçün nəzərdə tutulmuş maliyyə kreditlərinin 50-70 faizi onların kişi qohumları tərəfindən istifadə edilir.

Bu həftə Qlobal iqtisadi Forum tərəfindən gender qeyri-bərabərliyinə dair açıqlanmış son hesabata əsasən, Pakistan qadınların iqtisadi sahədə iştirakına görə dünyanın 135 ölkəsi arasında 134-cü yeri tutur.

Professor Fərzanə Bari bunun mənfi nəticələrini qeyd edir. “Qadınlar cəmiyyətdə hüquqsuz və asılı insanlara çevrilir. Buna görə də onlar maliyyə dəstəyi, iqtisadi yardım almaq üçün kişilərdən asılı olur.” Professorun sözlərinə görə, gender bərabərliyi məsələsi qadınların hökumət strukturları və prosesdə iştirakı təmin edildiyi zaman həllini tapa bilər.

Hökumətin dəstəklədiyi Qadınların Statusu Milli Komissiyasının direktoru Anis Harun yeni hesabatla bağlı şərh verməyib. Lakin komissiya Pakistanda son 30 il ərzində qadınlara qarşı zorakılıq və ayrı-seçkilik hallarının artdığını bildirib. O bu tendensiyası ölkədə islamçılığın və ümumiyyətlə bütün ölkə boyu zorakılıqların artması ilə izah edir.

Harun deyir ki, son üç ildə qadınlara turşu atılması hallarının qarşısını almaq məqsədil altı qanun qəbul edilib. Lakin o, qadın hüquqları uğrunda müdafiənin çətin olduğunu etiraf edib.

Bununla belə, qadın hüquqları müdafiəçiləri Malala Yusifzai kimi gənc nəslin təmsilçilərinin cəmiyyətdə struktur və mədəni məhdudiyyətləri aradan qaldırmağa çalışdığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG