Accessibility links

Pakistanda yeniyetmə qız namus zəminində yandırılaraq öldürülüb [Video]


Pakistanda yeniyetmə qızın dəhşətli ölümü ilə əlaqədar olaraq 10-dan çox kişi həbs olunub. Qızın cəsədi yandırılmış maşının içində aşkar edilib. Təxminən 20 kişinin şura yaradıb və namus zəminində bu qızın ölümünə qərar çıxardığı məlum olub. Hadisə Pakistanı sarsıdıb.

Ötən həftə yerli sakinlər yanan maşını söndürəndən sonra arxa oturacaqda yanmış qadın cəsədi aşkar ediblər.

Məqsəd o idi ki, artıq heç bir qız qaçmağa cəsarət, heç bir oğlan isə bir qızı qaçırmağa cəhd etməsin, heç bir maşın sahibi də onlara yardım etməsin.

Polis cəsədin yerli yeniyetmə Ambrinə aid olduğunu deyir. Onun günahı isə rəfiqəsinə başqa birisi ilə qaçmağa yardım etmək olub.

“Məqsəd o idi ki, artıq heç bir qız qaçmağa cəsarət, heç bir oğlan isə bir qızı qaçırmağa cəhd etməsin, heç bir maşın sahibi də onlara yardım etməsin”, deyə polis zabiti Nəsir əhməd bildirir.

Polis Ambrinin maşın atəşə verilmədən öncə öldürüldüyünü desə də, qonşu onun maşın yanarkən yardım üçün qışqırdığını eşitdiyini deyir.

14 şübhəli həbs olunub. Onların hamısı başqa bir ailənin oğlu ilə qaçan qızın qohumlarıdır. Polis deyir ki, onlar Ambrini qızın qaçmasına yardım etdiyinə görə cəzalandırmağa qərar veriblər. Ambrinin atası polis və mediadan aldığı məlumatlardan sonra yaşadığı dəhşəti anladır.

“Mən ölü kimiyəm. Mənim evim dağıdılıb. Bunun kimin etdiyini bilsəm, mən də onları məhv edib, sonra polisi çağırardım”, deyə o bildirir.

Ambrin Riasatın içində yandırıldığı maşın

Ambrin Riasatın içində yandırıldığı maşın

Amma Ambrinin ailəsində ikiqat acı yaşanır, çünki polis Ambrinin anasını da ədəlatə maneə törətmək ittihamı ilə həbs edib. Onlar iddia edir ki, anası Ambirinin qaçırıldığını bilsə də, bunu polisə bildirməkdən imtina edib. Anası isə qızının yoxa çıxdığını bilmədiyini deyir.

Yoxa çıxdığı gün axşam saat 11 radələrində Ambrin bu yataqda yatıb. Anası isə Ambrinlə birgə burda, qardaşı isə o küncdə yatıb. Növbəti gün oyananda isə Ambrini heç bir yerdə tapmayıblar.

Qətldə ittiham olunanların ailələri onların günahsız olduğunu deyir.

Amma maraqlısı odur ki, həm Ambrinin öz ailəsi, həm də onu öldürməkdə şübhəli bilinən şəxslərin ailələri Ambrinin qaçan qızla dostluq etmədiyini iddia edir. Əgər bu, həqiqətən belədirsə, o zaman polis bu qətlin əsl səbəbini tapmalıdır.

XS
SM
MD
LG