Accessibility links

Pakistan rəsmiləri NATO təchizatını daşiyan ilk yük maşınlarının Əfqanıstana keçdiyini xəbər verirlər. Təchizatın daşınması ABŞ-la Pakistan arasında bu həftə əldə olunmuş razılığa əsasən bərpa edilib.

Pakistanın cənub-qərbində yerli rəsmilər ləvazimatların Bəlucistan vilayətinin Çəmən məntəqəsindən keçdiyini bildiriblər. Bir neçə gün öncə ABŞ dövlət katibi Hillari Klinton ABŞ-ın Pakistanın hərbi itkilərindən təəssüfləndiyini demişdi.

ABŞ hava zərbələri nəticəsində səhvən 24 əsgərin həlak olmasından sonra Pakistan etiraz əlaməti olaraq sərhəd keçidini qapatmışdı. İslamabad təchizat marşurutunu yenidən açmaq üçün ABŞ-ın üzr istəməsini tələb edirdi.
XS
SM
MD
LG