Accessibility links

Pakistanda ilk dəfə hakimiyyət demokratik yolla yeni seçilmiş prezidentə ötürülüb


zardari sep 6

zardari sep 6

Pakistan prezidenti Asif Əli Zardari beş il hakimiyyətdə müddətini bitirərək, ölkə tarixində demokratik yolla seçilib, tam müddətini başa vuran ilk prezident olub.

Ölkənin sabiq liderinin şərəfinə xüsusi vida mərasimi keçirilib.

Cənab Zardarinin yerinə seçilən Məmnun Hüseynin bazar ertəsi andiçmə mərasimi təşkil edilib.

Cənab Zardari onun həyat yoldaşı, iki dəfə Pakistanın baş naziri seçilən Benazir Bhuttonun 2007-ci ilin dekabr ayında sui-qəsd nəticəsindən ölümündən sonra hakimiyyətə gəlib.

Onun müvəffəqiyyətlərindən biri hakimiyyətin demokratik seçki yolu ilə keçidi qeyd edilir.

Pakistanın 66 illik tarixində ölkə çox vaxt hərbi diktatorlar tərəfindən idarə edilib.
XS
SM
MD
LG