Accessibility links

Pakistanda şiddətli zəlzələdən sonra xilas əməliyyatları davam etdirilir. Bu gün dağıntılar altından ağır yaralanmış 16 adam çıxarılıb. Vertolyotlar Bəlucistan vilayətinin Məşkəl şəhərindən yaralıları daşıyıb.

Ordunun bildirdiyinə görə, yardım əməliyyatlarına yüzlərlə əsgər cəlb edilib. Rixter şkalası ilə 7,8 bal gücündə olan zəlzələ 34 adamın ölümünə, çoxsaylı tikililərin tamamilə dağılmasına səbəb olub.

Zəlzələnin episentri İranın Kaş və Saravan şəhərləri yaxınlığında olub. Regionda bu gün yenidən 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin təsiri Hindistanın paytaxtı Dehli və Dubay kimi körfəz şəhərlərində də hiss edilib.
XS
SM
MD
LG