Accessibility links

Pakistan silahlı qüvvələri ABŞ-a qarşı yürüş iştirakçılarının qarşısını alıb


Rəsmilər onların Cənubi Vəziristan bölgəsinə keçməsinə imkan verməyib

Pakistan silahlı qüvvələri ABŞ-ın pilutsuz idarə edilən təyyarələrinin hücumları əleyhinə nümayiş keçirmək istəyən minlərlə insanın Cənubi Vəziristan bölgəsinə getməsinə icazə verməyib.

Rəsmilər qrupun qarşısını qəbilələrin yaşadığı regionla sərhəddə alıb. Yürüşə Pakistanın kriket idman növü üzrə keçmiş çempionu, hazırda siyasətçi İmran Xan başçılıq edir. Yürüş iştirakçıları İslamabadı şənbə günü tərk edib.

İmran Xanın dogma şəhəri olan Mianvaliyə çatanda sayı iki dəfə artan etirazçılar təxminən 500 maşında hərəkət edir. Xanın Ədalət Naminə Hərəkat partiyasının keçirdiyi yürüşə yerli və Qərb ölkələrinin sülh tərəfdarları da qoşulub.

Pakistan hökuməti talibançılar və başqa islamçı qruölarla illərlərdir mübarizə aparılan qəbilələrin yaşadığı regionda səfərləri məhdudlaşdırıb. Yürüşdən öncə İmran Xan yaraqlıların qrupu həfəd ala biləcəyi ilə bağlı narahatlıqlara əhəmiyyət vermədiyini deyib. Bununla belə, Amerikanın səsinə regiondakı müxbiri Xanın zirehli maşında olduğunu bildirib.

ABŞ-ın pilotsuz idarə edilən təyyarələrinin hücumları Birləşmş Ştatlar və pakistna arasında münasibətlərdə gərginliyin əsas səbəbidir. Rəsmi İslamabad hücumların ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir, Vaşinqton bunun islamçı yaraqlıların dəf edilməsinə əsas vasitə olduğuna inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG