Accessibility links

Pakistanın şimal-qərbində Peşəvərdə raketlə silahlanmış intiharçıların hava limanına hücumu nəticəsində dörd nəfər ölüb, 30-dan çox adam yaralanıb. Hadisəni törədən beş yaraqlının da öldüyü bildirilir.

Yaraqlılar hava limanına üç raket atıb. Bunlardan ikisinin hava limanı kopleksinin divarına dəydiyi, birinin isə divar xaricində yerləşən hökumət binası yaxın yerdə düşdüyü deyilir.

Pakistan silahlı qüvvələrinin verdiyi məlumata görə, yaraqlıların həmçinin hava limanından kənarda maşında yerləşdirdiyi partlayıcıları işə salması nəticəsində insanlar xəsarət alıb.

Hücum zamanı yaraqlılar və silahlı qüvvələr arasında atışma zamanı beş yaraqlı qətlə yetirilib.

Xəsarət alan 36 nəfər arasında qadınlar və uşaqlar var.

Pakistanın qəbilələrin yaşadığı bölgəsində yerləşən Peşəvar Əl-Qaidə və Taliban yaraqlılarının əsas istinadgahı hesab edilir.
XS
SM
MD
LG