Accessibility links

Pakistanda bomba hücumlarında 9 nəfər ölüb


Pakistanın şimal-qərbində ölkədə parlament seçkilərinə iki həftədən az bir vaxt qalana zamanı bazar günü siyasi kampaniya aparan siyasətçilərin ofislərinə hücum nəticəsində doqquz adam ölüb.

Mayın 11-I Pakistanda partlament seçkilərindən öncə siyasi zorakılqılar nəticəsində 50-dən çox insan həyatını itirib. Hücumların çoxunun hədəfi Taliban əleyhdarı dünyəvi partiyalara mənsub namizədlər olub.

Polis Kohat şəhəri ətrafında parlament seçkilərində müstəqil namizəd kimi iştirak edən Sayed Nur Əkbərin ofisinə hücum zamanı beş nəfərin öldüyü, 10 nəfərin yaralandığı haqda məlumat verib.

Peşəvərdə isə daha bir müstəqil namizəd olan nasir Xan Afridinin ofisinə hücum aç adamın ölümü, 12 nəfərinsə yaralanması ilə nəticələnib.

Üçüncü hücumun hədəfi Svabi şəhərində Avami Milli Partiyasının namizədi Amer Rəhmanın ofisi olub. Hücum nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Bu zorakılıq aksiyaları, həmçinin şənbə günü Pakistanın ən böyük şəhəri olan Kəraçidə dünyəvi partiyalara qarşı hücumlara görə məsuliyyəti Pakistanda Taliban qüvvələri öz üzərinə götürüb. Şənbə günü hücumlar zamanı üç nəfər həyatını itirib.

Mayın 11-i Pakistanın mülki hökuməti ilk dəfə olaraq bütöv müddət hakimiyyətini bitirib, rəhbərliyi yeni mülki administrasiyaya verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG