Accessibility links

Pakistanın Lahor şəhərində polis və müsəlman icmalarından birinin tərəfdarları arasında baş vermiş qarşıdurma zamanı 8 nəfər həyatını itirib.

Pakistan rəsmiləri azı 70 nəfərin yaralandığını bidirib. Hadisə Kanadadan olan pakistanlı imam Tahir-ul Qadrinin evi və ofisi yaxınlığında baş verib.

Qarşıdurma polisin Qadrinin Pakistan Avami Tehrik partiyası tərəfindən qurulan barrikadaları dağıtdığı zaman yaranıb.

Qadri polisin addımını pisləyərək, hökumətin partiyasının başladığı inqilabı dayandıra bilməyəcəyin bildirib.

Keçən il Qadrinin rəhbərlik etdiyi minlərlə nümayişçi hökümətin hakimiyyəti tərk etməsini tələb etmək üçün küçələrə axışmışdı.
XS
SM
MD
LG