Accessibility links

Pakistanın dörd vilayətindən ikisində keçirilən yerli seçkiləri zamanı rəqib partiyalar arasında atışma zamanı 11 nəfər öldürülüb.

Hadisə Sind vilayətinin paytaxtında baş verib.

"Sind vilayətini idarə edən Pakistanın Xalqlar partiyasına mənsub iki qrup və tanınmış dini lideri Pir Şəhəd Paqaranın rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası arasında səsvermənin bitməsinə bir saat qalmış atışma baş verib"-deyə yerli polis rəsmisi Pir Məhəmməd Şah Fransa xəbər agentliyinə bildirib.

Pakistanın iki başqa vilayətində yerli seçkiləri bir neçə ay bundan əvvəl keçirilib.

Şənbə günü səsvermə Sindh və Puncab vilayətlərində üç mərhələdə keçiriləcək seçkilərin ilk mərhələsidir. Növbəti iki mərhələ gələn ay keçiriləcək.

Puncab vilayətində 20 milyondan çox, Sindh vilayətində isə 4,6 milyon səs vermək üçün qeydiyyatdan keçib.

Seçicilər dövlət müşavirlərini birbaşa seçir, onlar isə sonradan inzibati və maliyyə funksiyalarını icra etmək üçün seçkili orqanların daha aşağı səviyyələrinə ötürür.

XS
SM
MD
LG