Accessibility links

Pakistan hindistanlı casusu ölüm cəzasına məhkum edib


Pakistanın hərbi məhkəməsi şübhəli hindistanlı casusu “casusluq və təxribat” ittihamları ilə ölüm cəzasına məhkum edib. Bu, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.

Pakistan rəsmiləri deyir ki, Kulbuşan Sudhir Cadhav 2016-cı ilin mart ayında Pakistanın zorakılıqlara məruz qalmış Baluçistan vilayətində “əks-kəşfiyyat əməliyyatı” zamanı həbs edilib.

Bazar ertəsi məhkəmə qərarı açıqlanandan bir qədər sonra Hindistan höküməti Pakistanın baş nümayəndəsini çağırıb və Cadhava qarşı məhkəmə qərarını qınayıb. Hindistanın xarici işlər nazirliyinin bildirdiyinə görə, Cadhav İrandan oğurlanıb.

Dehli Cadhavın Hindistanın təqaüdə çıxmış dəniz zabiti olduğunu bildirsə də, onun Hindistan höküməti ilə hər hansı əlaqəsinin olduğunu inkar edir.

Son illərdə nüvə silahına malik olan Hindistan və Pakistan arasında münasibətlər pisləşib və əlaqələrin normallaşdırmasna yönəlmiş geniş-miqyaslı ikitərfəli danışıqlar dayandırılıb.

İki ölkə arasında münaqişəli Kəşmir regionu ilə bağlı gərgin hərbi qarşıdurmalar yaşanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG