Accessibility links

Pakistandakı PakTurk məktəblərinin gələcəyi qeyri-müəyyəndir [Video]


Pakistandakı PakTurk məktəblərinin gələcəyi qeyri-müəyyəndir
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Ötən ay Türkiyədə baş verən çevriliş cəhdinin təsirləri Pakistanadək gedib çıxıb. Türkiyə höküməti bu Cənubi Asiya ölkəsini çevrilişi planlaşdırdıqlarını iddia etdikləri Fətullah Gülənə bağlı olan müəssisələri bağlamağa çağırır. Təxminən 20 məktəbin şagird və valideynləri onlara nə olacağından narahatdır.

Bu qanlı terror təşkilatının məktəb, biznes assosiasiyaları və mədəniyyət təşkilatlarından ibarət qlobal şəbəkəsi var.
Mövlud Çavuşoğlu

Pakistanda minlərlə uşaq PakTurk fondu adlı qeyri-hökümət təşkilatı tərəfindən idarə olunan iyirmidən çox məktəbdə təhsil alır. QHT xeyriyyəçi, siyasətdən kənar olduğunu və Fətullah Gülənlə heç bir əlaqəsinin olmadığını iddia edir.

Bu təhsil ocaqlarındakı müasir avadanlıq məktəb yaşında olan 25 milyon uşağın məktəbə getmədiyi Pakistanda bir çox uşağın oxuduğu məktəbdən daha yaxşıdır.

Türkiyə höküməti bu məktəblərin Gülən şəbəkəsinə aid olduğunu bildirir.

“Bu qanlı terror təşkilatının məktəb, biznes assosiasiyaları və mədəniyyət təşkilatlarından ibarət qlobal şəbəkəsi var,” deyə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Fondun idarə heyətinin üzvü şəxsən Güləndən ilham aldığını, amma onun təlimlərinin məktəbdəki tədris planının bir hissəsi olmadığını deyir.

PakTurk şagirdlərindən biri yaxın zamanlarda məktəb Gülənlə əlaqələndirilənədək daha öncə onun adını eşitmədiyini deyib.

PakTurk məktəbləri
PakTurk məktəbləri

“Biz onun haqqında internetdə onun kim olduğunu araşdırandan sonra məlumat aldıq. Daha sonra onun Amerikada yaşayan ziyalı olduğunu və onun yazıları barədə öyrəndik. Bu qədər,” deyə PakTurk məktəblərindən birinin şagirdi bildirir.

Bir çox valideyn məktəblərin mümkün bağlanmasından və ya idarə heyətində dəyişiklik olmasından narahatdır.

“Bu türk müəllimlər bizim uşaqlarımızı gözəl tərbiyə edirlər, onlar burada qalmalıdırlar.

“Bu türk müəllimlər bizim uşaqlarımızı gözəl tərbiyə edirlər, onlar burada qalmalıdırlar,” deyə bir valideyn bildirib.

Pakistan höküməti şagirdlərin maraqlarını qorumağa və məktəblərin fəaliyyətini davam etdirə bilmələri üçün alternativ yollar axtarmağa çalışacağını deyib.

Bir neçə tələbə Türkiyədəki iğtişaşın onların Pakistandakı təhsilinə heç bir təsiri olmamalı olduğunu deyib.

XS
SM
MD
LG