Accessibility links

Pakistanın cənubundan sellər səbəbindən 500 000-dən çox insan evakuasiya edilib


Ölkənin şimal-qərbində keçən həftədən bəri davam edən sellər 1500-dən çox insanın ölümünə səbəb olub

Pakistan rəsmiləri sellər səbəbindən ölkənin cənubundan beş yüz mindən çox insanın evakuasiya edildiyini bildirmişlər. Artıq təbii fəlakətin 4 milyona qədər insanı təsirinə məruz qoyduğu deyilir. Ölkənin şimal-qərbində isə keçən həftədən bəri davam edən sellər evlərin dağılmasına, yollar və körpülərin sıradan çıxmasına, eləcə də min beş yüzdən çox insanın ölümünə səbəb olub. Bir çox bölgələrdə insanların yalnız qayıqlar və vertolyotlar vasitəsi ilə xilas edildiyi bildirilir.

Musson yağışların dünən də Pəncab və Sind vilayətlərində davam etdiyi və həmin bölgələrə xilasedici dəstələrin göndərildiyi xəbər verilir. Dünya Ərzaq Proqramı təşkilatı dünən təbii fəlakətin təsirinə məruz qalmış on milərlə insana ərzaq göndərdiyini bildirib.

XS
SM
MD
LG