Accessibility links

Pakistan rəsmilərinin verdiyi məlumata görə, yaraqlılar uşaqlar üçün polio peyvəndi kampaniyasına qatılan 11 müəlliməni oğurlayıb.

Kampaniya işçiləri qəbilələrin yaşadığı Əfqanıstanla sərhəd Xeybər regionunun Bara rayonunda oğurlanıb.

Yaraqlılar Pakistanda tez-tez polio peyvənd işçilərini Qərbin casus olmaqda və ya müsəlmanların azaldılmasına planının bir hissəsi olmaqda ittiham edərək, onlara hücum edir.

Bu xəstəlik yüksək yoluxucu qabiliyyətə malikdən və insanda ağır ifliclə nəticələnə bilər.

Beynəlxalq qurumların məlumatına görə, polio 3 ölkədə geniş yayılıb. Bunlar Əfqanıstan, Nigeriya və Pakistandır. Bu, hər 3 ölkə üçün ən böyük təhlükələrdən biri kimi qalmaqdadır.
XS
SM
MD
LG