Accessibility links

Pakistanda 31 əsgər partlayışın qurbanı olub


Pakistanda 31 əsgər partlayışın qurbanı olub

Pakistanda 31 əsgər partlayışın qurbanı olub

Azyaşlı intiharçı Pakistanın şimal-qərbində yerləşən Mərdan qəsəbəsindəki hərbi çağırış məntəqəsində özünü partladaraq 31 əsgərin ölümünə və 40-dan çoxunun yaralanmasına bais olub. Yerli rəsmiləri deyirlər ki, məktəbli forması geymiş intiharçı Puncab Alay Mərkəzinə daxil olaraq bomba ilə dolu jileti detonasiya edib. Həmin vaxt əsgərlər səhər idmanı ilə məşğul idilər. Pakistan Talibanı dünənki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Elə həmin gün 31 qurban dəfn olunub.

XS
SM
MD
LG