Accessibility links

Pakistan qanlı hücum - 63 nəfər həlak olub


Pakistan polisi bildirir ki, ölkənin cənub-qərbində şiələri hədəf alan bomba hücumu nəticəsində 63 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.

Yüksək rübəli polis zabitinin verdiyi məlumata görə, uzaqdan idarə edilən bomba Quetta şəhərinin əhalisinin əksəriyyətini şiə müsəlmanlar təşkil edən hissəsində partladılıb. O deyib ki, ölənlərin çoxu şiələrdir və onlar arasında uşaqlar və qadınlar da var.

Fəaliyyətinə qadağa qoyulmuş sünni Ləşkəe-Chanqvi hücumun məsuliyyətini öz üzərinə götürüb.

Qeyd edək ki, yanvar ayının 10-da da Quettada güclü partlayış baş vermişdi. 92 nəfərin həyatına son qoyan o hücumun da məsuliyyətini eyni qrup öz üzərinə götürmüşdü.
XS
SM
MD
LG