Accessibility links

Pakistanda Amerikanln hava hücumları nəticəsində 15 yaraqlı öldürülüb


Pakistanda Amerikanln hava hücumları nəticəsində 15 yaraqlı öldürülüb

Pakistanda Amerikanln hava hücumları nəticəsində 15 yaraqlı öldürülüb

Pakistanın kəşfiyyat rəsmiləri Amerikanln hava hücumları nəticəsində 15 yaraqlının öldürüldüyünü bildirir. İki pilotsiz qırıcı təyyarə Cənubi Vəziristan vilayətinin Vana şəhəri yaxınlığında döyüşçülərin istahkamı və zirehli maşınını vurub. Öldürülənlərin yaraqlıların komandiri Maulvi Nazirin müttəfiqləri olduğuna inanılır. Digər bir qırıcı təyyarə bu gün Şimali Vəziristanı hədəf alaraq, 5 yaraqlının ölümünə səbəb olub. Qəbilələrin yerlşdiyi bu bölgə yaraqlıların sığınacağıdır. ABŞ mayın 2-də Əl-Qaidə lideri Üsama Bin Ladeninin öldürülməsindən sonra hücumlarını artırıb.

XS
SM
MD
LG