Accessibility links

Pakistan ordu rəsmiləri bildirir ki, ölkənin qəbilələr yaşayan şimal-qərb region Şimali Vəziristanda həyata keçirilən anti-terror əməliyyatları müsbət nəticələr verməkdədir.

Pakistan ordusunun sözçüsü general-mayor Asim Salim Bayva Amerikanın Səsinin Diva Xidmətinə bildirib ki, Şimali Vəziristan və Xeybərdə iyun ayından başlayan “Zarb-e-Azb” əməliyyatları zamanı 1200 yaraqlı öldürülüb. Əməliyyatlar zamanı 200-ə yaxın Pakistan əsgəri öldürülsə də, cənab Bayva deyib ki, əməliyyatlar bütün yaraqlılar məhv edilənədək davam edəcək.

General-mayorun sözlərinə görə, Pakistan da başqa dövlətlər kimi Yaxın Şərqdə İslam Dövləti qrupunun genişlənməsindən narahatdır və qrupun dəstəkləyicilərinin Pakistan olması barədə məlumatlarla razılaşmır.

Bir həftə əvvəl Pakistanın nüfuzlu qəzeti İslam Dövləti qrupunun Pakistanda mövcudiyyətini artırdığını və yerli tərəfdarlarının orada strateji yerlərə hücum edəcəyi barədə məlumat yaymışdı.

Davn qəzeti 8 noyabr buraxılışında Pakistanın cənub-qərbində Bəlucistan vilayəti rəsmilərinin Pakistanın dövlət rəsmiləri göndərdiyi məxfi hesabatı üzə çıxarmışdı.

XS
SM
MD
LG