Accessibility links

Pakistan rəsmilərinin bildirdiyinə görə, bu gün narahatlıqların davam etdiyi Bəlucistan vilayətində avtobusa edilən bomba hücumu 3 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub.

Yerli mətbuat agentlikləri bombanın motosikletdə yeləşdilirildiyini və avtobusun yanından məsafədən idarə edilərək işə salındığını bildirib.

Artıq illərdir ki, neft və təbii qazla zəngin Bəlucistan vilayəti yerli yaraqlıların hücumlarının mərkəzinə çevrilib.

Yaraqlılar bölgədə müxtariyyət əldə etmək və təbii ehtiyatlara nəzarətini tam ələ keçirmək üçün mübarizə apamağa davam edir.



XS
SM
MD
LG