Accessibility links

Pakistanda bazar yaxınlığında intiharçı hücumu baş verib


Rəsmilərin sözlərinə görə Əfqanıstanla sərhəddə yerləşən Pakistanın qaynar şimal-qərb tayfa regionunda intiharçı hücumu 20 nəfərin ölümünə və 40 nəfərin yaralanmasına səbəb olub. Ölənlərin arasında beş polisin olduğu deyilir. Rəsmilər hücumçunun partlayıcı qurğuları bu gün Xar şəhərində bazar yaxınlığında polis yoxlama məntəqəsinə yaxınlaşan an işə saldığını deyib. Pakistanda Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Taliban sözcüsü hücumun Taliban üzvünün ölümünə cavab olduğunu deyib.

XS
SM
MD
LG