Accessibility links

Pakistanda daşqınlar nəticəsində xəstəliklər yayılmaqdadır


Pakistanda on il ərzindəki ən dəhşətli daşqınının səbəb olduğu xəstəlik sel qurbanlarını yeni risklə üz üzə qoyur

Yardım rəsmiləri bildirib ki, Pakistanda on il ərzindəki ən dəhşətli daşqınının səbəb olduğu xəstəlik sel qurbanlarını yeni risklə üz üzə qoyur. Rəsmilər bu gün bildirib ki, içməli su və kanalizasiya sisteminin məhdudluğu gastroenterit, ishal və dəri xəstəliklərinin yayılmasına səbəb olur. Yardım işçiləri çirkli sudan yaranmış və başqa xəstəliklər nəticəsində ölənlərin sayının 1600-dən çox ola bləcəyi barədə xəbərdarlıq ediblər. Pakistanın Xarici İşlər Nazirliyi bu gün bildirib ki, BMT-nin baş katibi Ban Ki-mun şənbə günü yardım səyləri barədə danışıqlar məqsədi ilə Pakistana gələcək. BMT təcili olaraq 460 milyon dollarlıq yardım üçün müraciət edib. ABŞ Dövlət Departamenti bildirib ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Con Kerri gələn həftə Pakistanın daşqından zərər çəkmiş bölgələrinə səfər edəcək.

XS
SM
MD
LG