Accessibility links

Pakistanda bomba partlayışı 25 nəfərin ölümünə bais olub (yenilənib)

  • Amerikanın səsi

Pakistanda bomba partlayışı 25 nəfərin ölümünə bais olub (yenilənib)

Pakistanda bomba partlayışı 25 nəfərin ölümünə bais olub (yenilənib)

Pakistanın şimal-qərbində Taliban əleyhdarı qəbilə başçısının dəfn mərasimində intiharçı bomba partlayışı azı 25 nəfərin ölümünə səbəb olub. Bu gün baş verən partlayış dəfn mərasimində100-dən çox insanın ibadət etdikləri zamanı baş verib. Hadisədə azı 60 nəfər yaralanıb. Polisin sözlərinə görə partlayış İslamçı yaraqlılarla mübarizə aparmaq üçün qəbilə başçıları tərəfindən yaradılmış yarı-hərbi qrupu hədəf alıb. Rəsmilər partlayışı intiharçı hücumçunun törədib-törətmədiyini araşdırır. Hücuma görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

XS
SM
MD
LG