Accessibility links

Pakistanda faciəvi intiharçı hücumu 10 nəfərin həyatına son qoyub


Pakistanda faciəvi intiharçı hücumu 10 nəfərin həyatına son qoyub
Pakistanda faciəvi intiharçı hücumu 10 nəfərin həyatına son qoyub

Hadisənin baş verdiyi yer bir gün öncə öldürülən şiə bank menecerinin qohum və dostları ilə dolu olub

Pakistan polisi bildirir ki, Kvetta şəhərindəki xəstəxananın təcili yardım şöbəsində həyata keçirilən intiharçı hücumu nəticəsində iki polis işçisi və bir kameraman daxil olmaqla 10 nəfər həlak olub. Polisin məlumatına görə, 35 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Ali polis təhqiqatçısı bunu təriqətlərarası zəmində baş verən hücum adlandırıb. Hadisənin baş verdiyi yer bir gün öncə öldürülən şiə bank menecerinin qohum və dostları ilə dolu olub. Orada olan bir çox jurnalist də hadisə yerindən reportaj hazırlamağa çalışırdılar. Kvetta uzun illər etnik militantların daha geniş muxtariyyat almağa çalışdığı Bəlucistan vilayətinin paytaxtıdır.

XS
SM
MD
LG