Accessibility links

Pakistan rəsmilər deyir ki, ölkənin şimal-qərb bölgəsində futbol stadionunda intiharçının hücumu nəticəsində 4 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Polis rəsmisi Fayza Muxtarın sözlərinə görə, bu gün baş verən hücum qonşu Xeybər qəbilə regionununda olan qaçqınları hədəf alıb.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib.

Minlərlə insan Xeybər ucqar regionunda hökumət qüvvələri ilə yerli Taliban üzvləri arasındakı döyüşlərdən qaçaraq burada məskunlaşır. Pakistan onlara qaçqın düşərgələrində sığınacaq verir.
XS
SM
MD
LG