Accessibility links

Pakistanda generalın kürəkəni oğurlanıb


Pakistanda generalın kürəkəni oğurlanıb

Pakistanda generalın kürəkəni oğurlanıb

Pakistanda son illər təhlükəsizliyin zəifləməsi ilə insan oğurluğu tez-tez baş verir

Pakistan rəsmiləri bildirib ki, Lahor şəhərində naməlum şəxslərin hücumu zamanı pakistanlı generalın kürəkəni oğurlanıb. Rəsmilər hücumçuların Pakistanın birgə rəis kadrlar komitəsinin sədri, general Tariq Macedin kürəkəni Əmir Maliki oğurladıqlarını deyirlər. Onlar Malikinin çərşənbə günü axşam Lahordakı evi yaxınlığından qaçırıldığını bildirib. Ticarət assosiasiyasının rəhbəri Malikin oğurlanmasının səbəbi aydın deyil. Rəsmilərin bildirdiyinə görə, Malikinin axtarışına polis və kəşfiyat agentliyi cəlb edilib. Pakistanda son illər təhlükəsizliyin zəifləməsi ilə insan oğurluğu tez-tez baş verir.

XS
SM
MD
LG