Accessibility links

Pakistan rəsmilərinin məlumatına görə, Kəraçi şəhərində 2 ayrı partlayış nəticəsində ən azı 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Dünən İsa Naqridə baş verən ilk partlayış hökumət rəsmilərini hədəf alıb.

Partlayıcı maddələrlə yüklənmiş motosiklet Kəraçi bələdiyyə komissarının avtomobili ona yaxınlaşan zaman partladılıb. Hadisə zamanı 4 nəfər yaralanıb.

Yaşayış binasının üçüncü mərtəbəsində baş verən ikinci partlayış nəticəsində ən azı 2 nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Hücuma görə məsuliyyəti heç kəs öz üzərinə götürməyib.
XS
SM
MD
LG