Accessibility links

Pakistanın qəbilələr yaşayan regionunda bomba hücumları iki əsgərin həyatına son qoyub. Eyni vaxtda ölkənin cənubunda silahlı şəxslər iki polis əməkdaşını qətlə yetirib.

Rəsmilər deyir ki, bu gün Şimali Vəziristanda ən azı iki bomba partlayışı həyata keçirilib və hücum nəticəsində əsgərlər həlak olub və iki nəfər yaralanıb.

Bununla yanaşı, liman şəhəri Kəraçi rəsmilərinin sözlərinə görə, motosikletdə olan 4 silahlı şəxs polis maşının atəş açaraq iki polis işçisinin həyatına son qoyub.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib.
XS
SM
MD
LG