Accessibility links

Pakistanda həyata keçirilən intiharçı hücumu onlarla adamın ölümünə səbəb olub

  • Amerikanın səsi

Pakistanın şimal-qərb bölgəsində intiharçı hücumu nəticəsində azı 22 nəfərin öldüyü bildirilir.

Pakistandakı Taliban qrupunun sözçüsü bu gün məsciddə həyata keçirilən intiharçı hücumunun məsuliyyətini Tirah vadisinin bir hissəsinə nəzarət edən Ləşgəri-İslam qrupunun öz üzərinə götürdüyünü deyib.

Pakistan rəsmiləri intiharçının üzərindəki bombanı məscid yaxınlığında partlatdığını, ölənlərdən çoxunun yaraqlılar olduğunu deyirlər.



XS
SM
MD
LG