Accessibility links

Pakistanda intiharçı bankın girişində özünü partladıb


Pakistanda intiharçı bankın girişində özünü partladıb
Pakistanda intiharçı bankın girişində özünü partladıb

Pakistan polisi İslamabadda bankın girişində intiharçının özünü partladaraq bir nəfəri öldürdüyünü bildirib. Hadisə nəticəsində azı iki nəfərin xəsarət aldığı deyilir. Bu, son iki ilə yaxın müddət ərzində İslamabadda baş verən ilk partlayışdır. İntiharçı təhlükəsizlik işçisi onun banka daxil olmasına imkan vermədikdən sonra partlayıcı maddəni işə salıb. Rəsmilər təhlükəsizlik işçisinin öldüyünü bildiriblər. Hadisənin məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin Pakistandakı Taliban qüvvələri Üsama bin Ladenin ölümünə cavab olaraq hücumlar həyata keçirəcəklərini bildirib. Bu gün səhər təhlükəsizik rəsmiləri Əfqanıstanla sərhəd regionda baş verən yol kənarı bomba partlayışında üç pakistanlı əsgərin öldüyünü bildiriblər.

XS
SM
MD
LG