Accessibility links

Pakistanda intiharçının həyata keçirdiyi bomba hücumu azı 7 nəfərin ölümü ilə nəticələnib


Pakistanda intiharçının həyata keçirdiyi bomba hücumu azı 7 nəfərin ölümü ilə nəticələnib

Pakistanda intiharçının həyata keçirdiyi bomba hücumu azı 7 nəfərin ölümü ilə nəticələnib

Hadisənin vilayətin İnformasiya naziri Mian İftixar Hüseynin evi yaxınlığında baş verib

Pakistan polisinin bildirdiyinə görə, bu gün ölkənin şimal-qərbindəki Xeybər-Paxtunxva vilayətinin naziri Mian İftixar Hüseynin evi yaxınlığında intiharçının həyata keçirdiyi bomba hücumu azı 7 nəfərin ölümünə, 21 nəfərin isə yaralanmasına səbəb olub. Hadisə nazirin oğlunun qiyamçılar tərəfindən qətlə yetirilməsindən iki gün sonra baş verdib. Qətlin İslamçı yaraqlılar tərəfindən həyata keçirildiyindən şübhələnilir. Polis intiharçının bombanı insanların nazirə başsağlığı vermək üçün gəldiyi vaxt işə saldığını deyir. Partlayış zamanı azı 3 polis işçisinin də öldüyü xəbər verilir.

XS
SM
MD
LG