Accessibility links

Pakistanda kompüter proqramçısı bilmədən Üsama Bin Ladenin ələ keçirilməsi barədə məlumatı yayımlayıb


Pakistanda kompüter proqramçısı bilmədən Üsama Bin Ladenin ələ keçirilməsi barədə məlumatı yayımlayıb
Pakistanda kompüter proqramçısı bilmədən Üsama Bin Ladenin ələ keçirilməsi barədə məlumatı yayımlayıb

Athar vertalyotu Abbottabad şəhərinün üzərində gördüyünü və şüşələri titrədən partlayışın baş verdiyini Twitterdə yazıb

Naməlum internet hakerləri Üsama bin Ladenin ölümünə səbəb olmuş ABŞ əməliyyatını bilmədən yayımlayan pakistanlı kompüter proqramçısının veb səhifəsinə virus salıb.

İnternet təhlükəsizlik laboratoriyasi Websense məlumat verib ki, Sohaib Atharın bloquna müraciət edənlərin komyuterlərinə ziyan vuran kod yükləyib. Mayın 1-də Athar bloq xidmətində virus olduğunu təstiqləyib.

Pakistanda kompüter proqramçısı ABŞ-ın Əl-Qaidə lideri Üsama Bin Ladeni öldürməsi barədə əməliyyatı bilmədən yayımlayandan sonra minlərlə yeni izləyiciləri Twitterə cəlb edilib.

Sohaib Athar mesajı bazar ertəsi səhər mikro-bloq xidmətində vertolyotun Abbottabad şəhərinün üzərində gördüyünü deyib. O, sonra şüşələri titrədən partlayışın baş verdiyini Twitterdə yazıb.

Athar hadisənin səbəbini araşdıraraq təlimlər zamanı pilotsuz təyyarə və ya vertolyotun qəzaya uğraması kimi xəbərlər daxil olan bəzi məlumatların izahını müəyyən etməyə çalışıb.Sonra isə ABŞ hərbi əməliyyatında vertolyotun qəzaya uğraması barədə xəbər çıxıb.

Atharın Twitterdəki dostlarından biri onun yazdığı məlumatı ABŞ prezidenti Barak Obamanın Bin Ladenin ölümü barədə çıxışı olan lent yazısına birləşdirib. Athar sonradan Bin Laden reydi haqda məlumatı özü də bilməyərək yaydığını başa düşüb.

XS
SM
MD
LG