Accessibility links

Pakistanda Əl-Qaidənin ikinömrəli komandiri öldürülüb

  • Amerikanın səsi

ABŞ rəsmilərinin bildirdiyinə görə, Pakistanda Əl-Qaidənin ikinömrəli komandiri öldürülüb. Yəhya Əl-Libi politsuz təyyarənin hücumu nəticəsində Şimali Vəziristan regionunda qətlə yetirilib. Hücum nəticəsində xarici vətəndaşlar da daxil olmaqla,15 adam həlak olub.

Livanlı Əl-Libi regiondakı gündəlik hücumların məsuliyyətini daşıyırdı. 2005-ci ildə Əfqanıstanın Bəqram hava bazasındakı həbsxanadan qaçmağa nail olan Əl-Libi barədə məlumat verənə 1 milyon dollar vəd edilmişdi.

Amerikanın plotsiz təyyarəsinin son hücumu may ayının 28-də həyata keçirilmiş, nəticədə 27 adam həlak olmuşdu.

Pakistanın Xarici İşlər Nazirliyi Amerikanın o ölkədəki səfirinin müavininə etiraz notası təqdim edib. Nazirlik hücumu Pakistanın suverenliyinin pozulması kimi qiymətləndirib.

Pentaqon hücumun detalları barədə məlumat verməkdən imtina edib.

XS
SM
MD
LG