Accessibility links

ABŞ dronu Pakistanda dörd militantı öldürüb

  • Amerikanın səsi

ABŞ dronu Pakistanda dörd militantı öldürüb

ABŞ dronu Pakistanda dörd militantı öldürüb

ABŞ-a məxsus olduğu şübhələnilən dron zərbələri nəticəsində Pakistanın Şimali Vəziristan tayfa regionunda dörd adam ölüb. Pakistan rəsmiləri və yerli media iki raketin Miranşahdakı qərargahı və yaxınlıqdakı maşını vurduğunu bildirib.

Ayrı xəbərdə Pakistan rəsmiləri naməlum silahlı şəxslərin Əfqanıstandakı koalisiya qüvvələrinə yanacaq aparan yeddi tankeri yandırdıqlarını xəbər verirlər.

Rəsmilər bildirir ki, Torkham sərhəd keçid məntəqəsi yaxınlığındakı terminalda baş verən partlayış azı üç tankeri sıradan çıxarıb. Bir neçə dəqiqə sonra həmin ərazidə iki əlavə NATO tankeri güllə atəşinə məruz qaldıqdan sonra zədələnib.

Mərkəzi Multan şəhərində baş verən ayrıca hücum dörd tankerin alovlanmasına səbəb olub.

XS
SM
MD
LG