Accessibility links

Pakistanda mülki maşın karvanına hücumlar olub


Hücum zamanı 18 nəfər öldürülüb

Pakistan rəsmiləri bildirirlər ki, ölkənin şimal-qərb bölgəsində yaraqlıların təhükəsizlik qüvvələrinin müşayiətilə mülki maşın karvanına hücumlar nəticəsində iki qadın daxil olmaqla, 18 nəfər öldürülüb. Hücum zamanı bir neçə adam yaralanıb. Rəsmilər hadisənin bu gün Əfqanıstanla həmsərhəd Kurram mahalının Çar Xel kəndində baş verdiyini bildirirlər. Mülki maşın karvanı Peşəvərə gedən vaxt hücuma məruz qalıb. Rəsmilər həlak olanların hamısının şiə və hücumun təriqət zəminində olduğunu təxmin edir.

XS
SM
MD
LG