Accessibility links

Pakistanda Puncab vialyətində keçən ay gənc hamilə qadının daşqalaq edilərək öldürülməsindən sonra namus cinayətlərinin artmaqda olduğu haqda məlumat verilir.

Bu kimi qətllər adətən müsəlman ailələrinə ləkə gətirməkdə günahlandırılan qadınların qohumları tərəfindən törədilir.

Belə hallardan sonuncusu bir neçə gün bundan əvvəl baş verib. 18 yaşlı qız ailəsi tərəfindən qətl cəhdindən sağ qurtara bilib.

Polisin bildirdiyinə görə, Səba Maqsudun atası onu üzündən güllə ilə vurub, sonra isə kanal atıb. Lakin qız huşunu itirməyi və kanaldan çıxa bilib.

Hazırda qız xəstəxanadadır. Polisin verdiyi məlumata görə, qızın atası və ona hücum zamanı orada olan digər qohumlar axtarışdadır.

Amerikanın Səsinin Pakistanın şimal-qərb bölgəsinə puştu dilində proqramlar yayımlayan Deewa radiosu şənbə günü Puncab vilayətində üz istəyi ilə ailə qurmuş daha iki gənc qadının öldürüldüyü haqda məlumat verib.

Keçən ay 25 yaşlı Fərzanə Pərvinin qətlindən sonra Pakistanda namus qətlləri halları diqqət mərkəzindədir.
XS
SM
MD
LG