Accessibility links

Pakistanda İngiltərə ərazisinə bərabər sahə su altında qalıb


Pakistanda İngiltərə ərazisinə bərabər sahə su altında qalıb

Pakistanda İngiltərə ərazisinə bərabər sahə su altında qalıb

BMT müraciət edilən yardımın yarısının əldə edildiyini bildirib

BMT-nin bildirdiyinə görə, Pakistanda daşqın qurbanlarının yalnız bir hissəsi yardımla təmin olunub. Təşkilatın rəsmisi dövlətləri vədlərinə əməl etməyə çağırıb. Bu günədək təcili yardım üçün keçən həftə müraciət edilən 460 milyon dollarlıq vəsaitin yalnız 35 faizi əldə edilib. Dünya Bankı 900 milyon dollarlıq yardım ayıracağını bildirib. Ayrılacaq pulun necə xərclənəcəyi barədə açıqlama verilməyib. Dünya Ərzaq Proqramının bildirdiyinə görə, su altında qalmış bir çox əraziyə yalnız vertolyotlarla getmək olur. Qrup deyir ki, daşqınlar başlayandan bəri onlar təxminən 1 milyon insanı bir aylıq ərzaqla təmin edib.

XS
SM
MD
LG