Accessibility links

Pakistanda partlayış zamanı 19 nəfər həlak olub (yenilənib)


Pakistanın şimal-qərbində rəsmilər bomba partlayışı nəticəsində avtobusda 19 nəfərin öldürdüyünü deyib. Ölənlərin altısı qadındır

Rəsmilər bu gün Pakistanın yarı-muxtar qəbilə regionu yaxınlığında, Əfqanıstan sərhədində yerləşən Peşəvər vilayətində hücum zamanı təxminən 35 nəfərin həlak olduğunu deyib. Hücuma məsuliyyəti heç kim öz üzərinə götürməyib. Lakin Pakistan Talibanı ölkə boyu yüzlərlə buna bənzər hücumlar həyata keçirib.

Pakistanda və Əfqanıstanda Taliban qüvvələri, habelə əl-Qaidə terror şəbəkəsi və onlarla əlaqəsi olan yaraqlı qruplar qəbilələlərin məskunlaşdığı bu regionda əməliyyatlar keçirərək, iki ölkə arasında nəzarət edilməyən sərhədi keçmək imkanından istifadə edib Əfqanıstanda NATO və əfqan qüvvələrinə hücumlar təşkil edir.

XS
SM
MD
LG