Accessibility links

Pakistanın şimal-qərbində bomba partlayışı nəticəsində 15 nəfər həlak olub, 30-dan çox insan isə yaralanıb.

Səhər insanların işə gedən vaxt baş verən bomba partlayışı anını təhlükəsizlik kameraları qeydə alıb.

Partlayışın həyata keçirildiyi Peşəvər şəhərinin vilayət rəsmilərinin bildirdiyinə görə, ölənlərin böyük əksəriyyəti hökumət işçiləridir.

Polisin ilkin istintaqına əsasən bomba avtobusda oturacağında altına gizlədiyilib və onu partlatmaq üçün vaxt cihazından istifadə edilib.

Partlayışın baş verdiyi avtobus isə tam yararsız hala düşüb.

Hücumun məsuliyyətini heç kim öz üzərinə götürməsə də, rəsmilər partlayışın arxasında Pakistan Talibanının dayandığını ehtimal edir.

XS
SM
MD
LG