Accessibility links

Pakistanda pilotsuz təyyarənin hücumu nəticəsində dörd yaraqlı qətlə yetirilib(YENİLƏNİB)


Pakistanda pilotsuz təyyarənin hücumu nəticəsində dörd yaraqlı qətlə yetirilib(YENİLƏNİB)
Pakistanda pilotsuz təyyarənin hücumu nəticəsində dörd yaraqlı qətlə yetirilib(YENİLƏNİB)

Pakistanda Taliban komandiri qətlə yetirilib. Şakirulla Şakirin Şimali Vəziristan bölgəsinin əsas şəhəri olan Miran Şah şəhərində motosiklet sürdüyü vaxt qətlə yetirildiyi bildirilir. Pakistan rəsmiləri Şakir qətlinin səbəblərinin məlum olmadığını deyib. O, Pakistanda Talibanın Fidayine İslam qanadının ilə bağlı idi. Qrup intihar hücumlarının həyata keçirilməsinə yardım göstərir.

Bu arada, Pakistan kəşfiyyat rəsmiləri ABŞ-ın pilotsuz iradə edilən təyyarəsinin hücumu nəticəsində yaraqlı olduğundan şübhələnilən səkkiz nəfərin öldürdüyünü deyib. Bugünkü hücum qəbilələrin yaşadığı Cənubi Vəziristan regionunda baş verib. Bu ərazi pakistanlı Taliban qüvvələrinin və əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların istinadgahı kimi tanınır. Son aylar bölgə pilotsuz idarə edilən təyyarələr tərəfindən bir neçə dəfə hədəf alınıb. ABŞ açıq şəkildə pilotsuz təyyarə hücumlarını təsdiq etmir. Pakistan isə bunu ölkənin suverenliyinə qarşı zorakılıq adlandıraraq tənqid edir.

XS
SM
MD
LG