Accessibility links

Minlərlə şiə müsəlman Pakistanda küçələrə çıxaraq dünən cümə namazı zamanı Sindh vilayətində məsciddə həyata keçirilən və 58 nəfərin ölümü ilə nəticələnən hücuma edir. Hücum zamanı 50 nəfərdən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb.

Hücumun baş verdiyi Şikarpur şəhərində minlərlə şiə azlıq ölənlərin dəfn mərasimində kütləvi şəkildə iştirak edib. Çoxsaylı şiə olmayan insanlar da mərasimə qatılıb.

Bomba hücumunun liman şəhəri Kəraçidən 470 km aralıdakı Şikarpurun Lakidar bölgəsində həyata keçirildiyi bildirilib.

Hücumun məsuliyyətini sünni Cundulla təşkilatı öz üzərinə götürüb. Sünni ekstremistlər şiələrin əsl müsəlman olmadığını deyərək, onların dini ziyarətgahlarını hədəf alır. Son iki ildə ölkədə 800-dən çox şiə qətlə yetirilib.

XS
SM
MD
LG