Accessibility links

Pakistanda sərnişin avtobusuna hücum edilib


Pakistan polisi bildirir ki, silahlı şəxslərin sərnişin avtobusuna hücumu nəticəsində azı 10-nəfər həlak olub. Pakistan rəsmiləri bildirirlər ki, silahlı şəxslər sərnişin avtobusunu Bəlucistanın inzibati mərkəzi olan Qvettanın yaxınlığındakı Aab-e-Qumda dayandırmış və avtobusdakı bəzi sərnişinləri çıxardıqdan sonra onları öldürmüşlər. Hələlik hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib. İllərdir ki, separatçılar Bəlucistanda muxtariyyat uğrunda vuruşurlar.

XS
SM
MD
LG