Accessibility links

Pakistanda Taliban yaraqlılarına qarşı əməliyyatlar davam edir


Bu gün Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddəki iki bölgədə aparılan əməliyyatlar zamanı 24 yaraqlı öldürülüb.

Pakistan təhlükəsizlik rəsmiləri bildirib ki, bu gün ölkənin şimal-qərbində, Əfqanıstanla sərhəddəki iki bölgədə aparılan əməliyyatlar zamanı 24 yaraqlı öldürülüb. Ordunun yaraqlıların şimal- qərbdəki Oraxzai qəbilə regionunda yerləşən Bezoti bölgəsindəki yoxlama məntəqəsinə etdikləri hücumu geri oturtduğu və ən azı 15 yaraqlının öldürdüyü deyilir.

Yaraqlılıarın məqsədi təhlükəsizlik qüvvələri tərəfindən tutulan yoxlama məntəqsinin yenidən ələ keçirilməsi idi.

Rəsmilər döyüş zamanı 4 yaraqlının əsir alındığını və 1 əsgərin yaralandığını bildirib. Bu gün eləcə də, Kurram yaxınlığındakı əməliyyatlar zamanı hərbi qüvvələrin azı 9 yaraqlını öldürdüyü xəbər verilir. Pakistan hərbi qüvvələri keçən ay Taliban rəhbəri Hakimullah Məhsudun keçmiş istehkamı olan Oraxzai ərazisində geniş miqyaslı əməliyyatlara başlayıblar.

XS
SM
MD
LG