Accessibility links


Pakistanın şərqində Lahor şəhərinin polisi silahlı şəxslərin tanınmış jurnalist Raza Ruminin avtomobilinə hücum nəticəsində sürücünün öldüyünü, jurnalistin hücumdan sağ çıxdığını bildirib.

Express News proqramının aparıcısı olan Raza Rumi şounu bitirib maşınla evə getdiyi zaman şəhərin Raja ticarət mərkəzinin yerləşdiyi hissəsində hücuma məruz qaldığını deyib. Ruminin cangüdəni hücum zamanı yaralanıb.

Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb, lakin Pakistanda jurnalistlərin islamçı militantlar və digər qruplar tərəfindən hədələnməsi və hücumlara məruz qalması halları geniş yayılıb.

Qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi hücumu qınayaraq, Pakistanda tanınmış jurnalistlərin böyük risklərlə qarşılaşdığını qeyd edib.

Jurnalistləri Müdafiə Komitəsi cümə günü baş verən hücumun bu ilin əvvəlindən Pakistanda jurnalistlərə qarşı dördüncü hücum olduğunu bildirib.
XS
SM
MD
LG