Accessibility links

Pakistanda terror aktı nəticəsində 14 nəfər həlak olub


Pakistan kəşfiyyatının rəhbəri amerikalı həmkarı ilə danışıqlar aparacaq

Pakistan rəsmiləri ölkənin şimal-qərbində yerləşən qəbilə bölgəsində yol kənarında yerləşdirilən bombanın partlaması nəticəsində ən az 14 nəfər həlak olub.

Çərşənbə günü Taliban və Əl-Qaidə ilə əlaqəli yaraqlı qrupaşmaların tanınmış məskənlərindən olan və Əfqanıstan sərhədi boyunca yerləşən Orkazi qəbilə qurumunda mini avtobus partladılıb. Hadisə zamanı üç qadın və üç uşaq həlak olub.

Həmçinin çərşənbə günü Pakistanın təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu ayın sonunda ölkənin hərbi kəşfiyyat qurumunun başçısı Vaşinqton civarında amerikalı həmkarı ilə iki ölkə arasında olan gərginliyi azaltmaq üçün danışıqlar aparacaqlar.

Rəsmilər Pakistanın Daxılı Kəşfiyyat İdarəsinin başçısı General-Leytenant Zaherul İslamın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petrausla terrorizmə qarşı mübarizə və kəşfiyyat məlumatlarının bölüşdürülməsi barədə danışıqlar aparacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG