Accessibility links

Pakistanın prezidenti Asif Əli Zərdari Daxili İşlər Nazirliyindən xristian qızın dini kitaba hörmətsizlik ittihamı ilə həbs olunması barədə hesabatistəyib.

Polisin bildirdiyinə görə qız cümə axşamı həbs olunub. Bundan əvvəl qızın qonşuları onun Quran ayələrinin yer aldığı səhifələri yandırdığını deyərək evini mühasirəyə almışdılar. Digərləri isə onun yemək bişirmək üçün zibillikdən götürdüyü kağızları yandırdığını deyirlər.

Polis qız haqqında 14 günlük qət-imkan tədbirinin seçildiyini bildirib. Bazar ertəsi prezident Zərdari qızın həbs edilməsi faktını nəzarətə götürərək həbs barədə hesabat istəyib.

Qızın yaşı barədə müxtəlif məlumatlar var. Bəziləri qızın cəmi 11 yaşı olduğunu deyirlər. Digərləri polisə istinad edərək 16 yaşında olduğunu bildirir. Qızın əqli cəhətdən sağlam olmadığını deyənlər də var.

İnsan haqları fəalları Pakistanın küfr haqda qanununun digər dini azlıqları narahat etdiyini bildirirlər.

Pakistan prezidentinin mətbuat katibi Fərhadullah Xan Babar deyib ki, kafirlik göz yumulan məsələ ola bilməz, lakin heç kimə bundan öz məqsədləri üçün istifadə etməyə imkan verilməyəcək.

2011-ci ildə Pakistanın iki görkəmli siyasətçisi küfr haqda qanununa qarşı çıxdıqları üçün öldürülüb.

Pakistan əhalisinin 5 faizini təşkil edən xristianlar ölkədə ən böyük qeyri-müsəlman dini azlıqdır.
XS
SM
MD
LG