Accessibility links

Pakistanın ordu rəsmiləri bildirir ki, islamçı yaraqlılarla Əfqanıstan sərhədi yaxınlığında gedən atışmalar zamanı 4 əsgər və 12 yaraqlı ölüb.

Ordunun mətbuat qanadının məlumatına görə, qaçab terrorçularında 3 vurularaq öldürülüb.

Atışma Şimali Vəziristanın Dattakel bölgəsində yarı-muxtar qəbilə regionunda bar verib. Burada hazırda başlıca hərbi əməliyyatlar keçirilməkdədir.

Bu gün səhər saatlarında isə həmin ərazidə bomba partlayışı nəticəsində üç yarı-hərbi əsgər ölmüş, 6 nəfər isə yaralanmışdı. Rəsmilərin sözlərinə görə, Rağzay kəndindəki hücym hərbi konvoyu hədəf alıb.

Pakistan ordusu bildirib ki, bir ildir Vəziristan və ətraf bölgələrdə davam edən kampaniya nəticəsində 3 mindən çox yaraqlı öldürülüb. Əməliyyat zamanı 350-ə yaxın əsgərin də öldüyü bildirilir.

XS
SM
MD
LG