Accessibility links

Pakistanın cənub-qərbində rəsmilər silahlı şəxslərin Bəlucistan vilayətinin inzibati mərkəzi Kvettada yeddi şiə müsəlmanı qətlə yetirdiklərini xəbər verirlər.

Motosikletdə gedən silahlılar taksiyə atəş açaraq azı beş şiəni öldürüblər.

Sonradan silahlılar əlavə iki şiəni öldürüblər.

Hücumlara görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.

Pakistanda çoxluq sünni müsəlmanlardan ibarətdir. Hərçənd ki, şiələr və sünnilər əsasən sülh içərisində yaşayırlar, ekstremist qruplar bəzən başqa təriqətin üzvlərini hədəf alırlar.

XS
SM
MD
LG