Accessibility links

Rəsmilər iki ayrı cinayət hadisəsinin eyni silahlı birləşmə tərəfindən törədildiyini güman edir

Pakistanın şərqində naməlum silahlılar təhlükəsizlik istehkamında doqquz polis əməkdaşını öldürüblər. Son günlərdə regionda ikinci ölümcül hücumu Talibanın Pakistan qanadı həyata keçirmişdir.

Polisin bildirdiyinə görə naməlum silahlılar cümə axşamı səhər sübhdən motosikletlə Lahor şəhərində yerləşən istehkama gələrək üç polis işçisini yaralayıblar.

Polis hadisəni törədənlərin bazar ertəsi şərqi Pakistandandakı hərbi düşərgədə yeddi təhlükəsizlik əməkdaşını öldürən silahlı dəstə ilə eyni oldugunu ehtimal edir.

Digər zorakılıqda polis Pakistanın cənub qərbində yerləşən Bəlucistan əyalətində keçən həftə oğurlanmış yeddi kömür mədənçilərinin cəsədlərini aşkar edib.
XS
SM
MD
LG