Accessibility links

Paksitanın Təhriki-Taliban qrupu isveçli ər-arvadı girov saxladığını bildirib


Paksitanın Təhriki-Taliban qrupu isveçli ər-arvadı girov saxladığını bildirib
Paksitanın Təhriki-Taliban qrupu isveçli ər-arvadı girov saxladığını bildirib

Pakistandakı Taliban yaraqlıları bu ayın əvvəlində Bəlucistan vilayətinə səyahət edən isveçli ər-arvadı girov saxladıqlarını bildirib. Paksitanın Təhriki-Taliban qrupu başçısının müavini Vəli Ur-Rəhman bu gün media ilə söhbəti zamanı deyib ki, girov saxlanılanların vəziyyəti yaxşıdır və qrup onları Amerikada həbsdə olan pakistanlı alımlə mübadilə edə bilər. Taliban qrupu keçən il Birləşmiş Ştatların Əfqanıstandakı təhlükəsizlik rəsmilərinin öldürməkdə günahlandırılaraq 86 il həbs cəzasına məhkum edilən nevroloq Afiyə Siddiqini nəzərdə tutur.

.

XS
SM
MD
LG