Accessibility links

Pakistandakı leysan yağışları yüzlərlə insanın ölümünə səbəb olub


Pakistandakı leysan yağışları yüzlərlə insanın ölümünə səbəb olub

Pakistandakı leysan yağışları yüzlərlə insanın ölümünə səbəb olub

Regional hökumətin vilayətdə fövqəladə vəziyyət elan etdiyi bildirilir

Paksitan rəsmilərinin bildirdiyinə görə, ölkənin Xeybər-Paxtunxava vilayətində son üç gün ərzində leysan yağışlarının sellərə səbəb olması 400-dən çox adamın ölümü ilə nəticələnib. Regional hökumətin vilayətdə fövqəladə vəziyyət elan etdiyi bildirilir. Pişəvər, Svat vadisi və Çarsadda regionları da daxil edilməklə, bölgədə yüzlərlə evin dağıldığı, körpü və yolların sıradan çıxdığı, kəndlərdəki 4 yüz minə qədər insanın ağır vəziyyətdə olduğu xəbər verilir. Pakistanın ordu rəsmiləri sellərin dağıtdığı bölgələrə əlavə hərbi qüvvə göndərildiyini bildirib.

XS
SM
MD
LG